RU

Azərbaycan elminə ağır itki: Professor vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

"Yeni Sabah"ın xəbərinə görə, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Qasımov vəfat edib.

Görkəmli alim ömrünün 95-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Yunisəli oğlu Qasımov 1931-ci il iyunun 26-da Azərbaycanın qədim İrəvan şəhərində anadan olub.

O, Bakı Dövlət Universitetini bitirib.

R.Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.

1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan R.Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

O, 1965-1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А.Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri və 1974-cü ildən həmin institutda baş elmi işçi olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Избранный
47
7
yenisabah.az

10Источники