Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Misli Premyer Liqasında 29-cu tur davam edəcək
Fanat.Az xəbər verir ki, tura bu gün yekun vurulacaq.
Turun son günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Turan-Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. "Qartallar" Tovuzdan əliboş dönaə, çempionatın medallarından məhrum qalacağı rəsmiləşəcək.
Turun bağlanış matçı Masazırda reallaşacaq. "Karvan-Yevlax" səfərdə lider "Sabah"ın qonağı olacaq. "Bayquşlar" doğma meydanda qalib gəlməklə, çempionluğa bir addım qalacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni (5:1), "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0) üstələyib, "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşmasında, isə qalib müəyyənləşməib (1:1).
Misli Premyer Liqası
29-cu tur
27 aprel
18:00. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev, Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz. Şəhər stadionu.
20:00. "Sabah" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Masazır. "Bank Respublika Arena".
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.