RU

1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur FOTO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın “Atom” elektromobilinin layihələndirilməsinə 2021-ci ildən indiyədək 77 milyard rubl (təxminən 1 milyard USD) xərclənib.Avtosfer.az xəbər verir ki, bu bartədə Rusiyanın “Biznes Onlayn” nəşri məlumat verib. Layihəyə dövlətlə yanaşı müxtəlif iş adamları və banklar sərmayə qoyub. Layihə üzərində iş bir neçə dəfə dayandırılıb. 

İstehsalın ötən ilin sonunda başlaması nəzərdə tutulsa da, sonradan 2026-cı ilin aprelinə keçirilib. Ayın sonuna bir neçə gün qaldığını nəzərə alsaq, bu dəfə də istehsalın başlaması real görünmür.

Müstəqil ekspertlərin layihəyə münasibəti birmənalı deyil. Onların fikrincə elektromobil səərt Rusiya iqliminə əlverişli deyil.

Elan olunmuş qiymət də real görünmür. Bu maşın üçün 3 milyon rubl (68 000 AZN) dsatış qiyməti də kifayət qədər hesab edilir.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
50
avtosfer.az

10Источники