İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Moskva arasında geniş spektrli məsələlər üzrə müntəzəm danışıqlar və aktiv məsləhətləşmələr aparılıb.
Redaktor.az xəbər verir ki, nazir bu açıqlamanı Rusiyaya səfəri zamanı verib.
Əraqçi qeyd edib ki, iki ölkə xüsusilə regional məsələlər üzrə daim sıx təmasda olub və ikitərəfli görüşlər davamlı xarakter daşıyıb.
Nazir bir gün əvvəl Moskvaya gəlib və səfər çərçivəsində müxtəlif görüşlərin keçirilməsi gözlənilir.
NURİYYƏ