Mali də Müdafiə naziri Kamara ilə yanaşı, Modibo Konanın da ilk hücumlar zamanı aldığı yaralardan öldüyü bildirilir...
Malidə separatçıların hücumları nəticəsində ölkənin yüksək rütbəli hərbi rəhbərliyinə ağır zərbə dəyib.
Poliqon xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, Malinin müdafiə naziri Kamara ilə yanaşı, Milli Kəşfiyyatın rəhbəri Modibo Kona da hücumların ilk günündə öldürülüb. Bildirilir ki, Kona, nazir Kamara kimi, aldığı yaralardan dünyasını dəyişib.
Yerli mənbələr ehtimal edir ki, ilk hücumlar və atəşə tutulmalar zamanı sıradan çıxarılan şəxslər yalnız bu iki yüksək rütbəli zabitlə məhdudlaşmayıb. Ekspertlərin fikrincə, Malinin ali hərbi rəhbərliyinə endirilən bu zərbələr separatçı qüvvələrin son uğurlarını izah edən əsas amillərdən biri ola bilər.
Hadisənin detalları, hücumların miqyası və digər mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Poliqon.info