RU

Naxçıvanda ağır qəza:

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.

 

Belə ki, “67-BG-445” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1 nəfər - 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu dünyasını dəyişib. Avtomobildə olan 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu, 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu və 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağırdır.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Избранный
60
10
senzor.az

10Источники