RU

“Murovdağ” gəmisi Braziliya–Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb » AzadMedia.az


AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Braziliya–Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb.

Gəmi aprelin 10-da Braziliyanın Maseyo limanından yola çıxaraq Atlantik okeanı üzərindən keçid edib və Mərakeşin Kasablanka limanına çatıb.

Səfər çərçivəsində “Murovdağ” 34 600 ton şəkər yükünü təyinat məntəqəsinə çatdırıb. Hazırda gəmi limanda lövbər dayanacağında yükboşaltma əməliyyatı üçün növbə gözləyir.

Məhdudiyyətsiz üzmə imkanlarına malik "Murovdağ" gəmisinin dedveyti 38 000 tondur. Gəminin uzunluğu 179,9, eni 30, suya oturumu 10,47 metrdir. Maksimum sürəti 15,7 düyün olan nəhəng quru yük gəmisi suya oturumunun əlverişli olması sayəsində bir çox dayaz limanlara maneəsiz daxil olmaq imkanına malikdir.
Избранный
29
4
azadmedia.az

5Источники