RU

Bu gün Moldovanın Dövlət Bayrağı Günüdür

Yazını böyüt
Yazını kiçilt

Bu gün – aprelin 27-də Moldova xalqı Dövlət Bayrağı Gününü qeyd edir.

Hafta.az yazır ki, Moldovanın ölkəmizdəki səfiri Alexandr Esaulenko öz facebook səhifəsində bayram günü ilə bağlı paylaşım edib.

Diplomat qeyd edib ki, Moldova bayrağı həm də Moldova dövləti üçün suverenliyin, ləyaqətin və milli birliyin rəmzidir.

“Moldova Respublikasının bayrağında əks olunan üç rəngli tariximizin yaddaşını, xalqımızın şəxsiyyət dəyərlərini, daim azadlıq, sülh və Avropa inkişafı arzusunu özündə daşıyır”, - paylaşımda qeyd edilib.

Səfir Esaulenko bildirib ki, xaricdəki Moldova vətəndaşları üçün Dövlət Bayrağı mənsubluğun, Vətənə bağlılığın və ölkəmizin imicini dünyada ləyaqətlə təbliğ etmək məsuliyyətinin əlaməti olaraq qalır.

“Dövlət Bayrağı Günü münasibətilə Moldovanın Azərbaycandakı Səfirliyi Moldova Respublikasının bütün vətəndaşlarını, eləcə də Azərbaycandakı Moldova diasporunun üzvlərini səmimi qəlbdən təbrik edir”, - paylaşımda qeyd olunub.

Paylaşım bu misralarla tamamlanıb:

Moldova Respublikasının Dövlət Bayrağı, ad günün mübarək!

Qeyd edək ki, Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada Dövlət Bayrağı haqqında qanun qəbul edilib.

Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, bu gününü və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.

Избранный
54
hafta.az

1Источники