ain.az bildirir, Gununsesi portalına istinadən.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını “Washington Hilton” hotelindəki qəbulu zamanı atışma olub.
Hadisə nəticəsində tədbirdə iştirak edən prezident Donald Trump, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.
Hadisə ölkə daxilində geniş rezonans doğurub.
İlkin reaksiyalar insidenti təhlükəsizlik boşluğu kimi qiymətləndirsə də, bəzi ekspertlər məsələnin siyasi aspektlərinin də nəzərə alınmalı olduğunu bildirirlər.
İctimai şüurda belə bir iddia var ki, o da bu hadisənin məqsədli şəkildə, planlı törədilməsidir.
Bəs doğrudan da belədirmi?
Bu barədə Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, açığı, bu cür versiyalar kənara atılmamalıdır, mümkündür.
“Çünki ABŞ-də konkret olaraq müəyyən məsələlər ilə bağlı ittiham altında olan prezidentin hansıa bir istiblişment formasında gündəm dəyişməsi nəzərdə tutula da bilər. Ancaq real olmağı da mümkündür. Çünki bu siyasət Amerikada çox adamları müəyyən dərəcədə qane etmir və onun yertidiyi siaysətə qarşı müəyyən addımların atılması da mümkündür. Siyasətdə gündəm dəyişmək deyə bir üsul var, bunu da bir çox ölkələrdə istifadə edirlər. Hansısa bir məsələ üzərinə çox ciddi şəkildə gedilirsə və ya siyasi hay-küy qaldırılırsa, bir də görürsən, hansısa bir əhəmiyyəti olmayan, ya bir dövr əhəmiyyəti olan hadisənin yenidən gündəmə gətirilib müzakirə olunmasına başlanılır. Bu, işlənən bir metoddur. Hər halda istintaqın gəldiyi nəticələr məsələ ilə bağlı daha aydın şəkildə fikir bildirməyə imkan yaradacaq”, – deyə o qeyd edib.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.