RU

Mövcud qaydalar bəzi hallarda yeni texnologiyaları əhatə etmir - FHN rəsmisi

Bakı. Trend:

Müxtəlif sahələr üzrə tələblər bəzən bir-birini təkrarlayır vəya zidiyyət yaradır, texnologiyaların inkişaf sürəti nəzəalınmır.

Trend xəbərverir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərinTəhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəismüavini İsmayıl Nəsirov bu gün Bakıda FHN, SOCAR və AISA-nıniştirakı ilə Texniki normativlərin təkmilləşdirilməsi mövzusundakeçirilən dəyirmi masada deyib.

O bildirib ki, mövcud qaydalar bəzi hallarda yenitexnologiyaları əhatə etmir: "Risk əsaslı yanaşma yetərincə tətbiqolunmur, bütün obyektlərə eyni yanaşma tətbiq olunur. Halbuki risksəviyyəsi fərqlidir. İcra və nəzarət mexanizmlərində boşluqlar var,normativ var, amma tətbiqi zəifdir. Bu məsələ yalnız nəzarətproblemi deyil, real təhlükə yaradır. Məhz buna görə də texnikinormativlərin təkmilləşdirilməsi müəyyən prinsiplər üzərindəqurulmalıdır.

Birincisi, risk əsaslı yanaşma tətbiq olunmalıdır, yüksək riskliobyektlər daha sərt, aşağı riskli obyektlər isə sadələşdirilmiştələblər əsasında nəzarət həyata keçirilməlidir.

İkincisi, beynəlxalq standartlara inteqrasiya təmin olunmalı vəya gücləndirilməlidir.

Üçüncüsü, normativlər canlı mexanizmə çevrilməlidir. Onlarstatik deyil, mütəmadi yenilənən sistem olmalıdır.

Normativ yalnız yazılmalalıdır, o tətbiq olunmalı və nəticəverməlidir".

Избранный
35
az.trend.az

1Источники