RU

Heç kimə olmaz, ona olar İran bu milyarderin yaxtasını Hörmüzdən buraxdı

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Hörmüz boğazını əksər xarici gəmilər və tankerlər üçün bağlı saxlasa da, müəyyən istisnalara yer verir. Belə ki, rusiyalı milyarder Aleksey Mordaşova məxsus superyaxta İranın icazəsilə Hörmüz boğazından maneəsiz keçə bilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə "The Moscow Times" qəzeti məlumat yayıb.

Gəmi izləmə xidmətlərinin məlumatlarına görə, 142 metrlik "Nord" yaxtası 24 apreldə Dubaydan yola düşüb və 25 aprel gecəsi boğazı keçərək Omana doğru irəliləyib.

Mordaşov özü bu həftə “Forbes” jurnalının Rusiyanın ən varlı insanları siyahısına 37 milyard dollarlıq sərvətlə başçılıq edib. Onun sərvəti rusiyalı milyarderlər arasında tarixdə ilk dəfə 30 milyard dolları keçib. Mordaşov ABŞ, Böyük Britaniya və Aİ tərəfindən sanksiyalara məruz qalıb.

"Nord" yaxtası Almaniya gəmiqayırma zavodunda inşa edilib və məhdudiyyətlər tətbiq edildikdən sonra Rusiyada yenidən qeydiyyata alınıb. Daha əvvəl İranın Moskvadakı səfiri Tehranın Rusiya gəmiləri üçün istisna tətbiq etdiyini və onların Hörmüz boğazından rüsumsuz keçməsinə icazə verdiyini bildirmişdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
azpolitika.info

1Источники