ABŞ narkotik daşıyan gəmiyə hücum edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) "X" platformasında etdiyi paylaşımda ABŞ ordusunun narkotik daşıdığı iddia edilən bir gəmiyə hücum təşkil etdiyini və bu hücumda üç nəfərin öldüyünü açıqlayıb.
Bildirilir ki, aprelin 26-da SOUTHCOM komandanı general Frensis Donovanın əmri ilə "Cənub nizəsi" birgə tapşırıq qüvvəsi bir gəmiyə hücum həyata keçirib:
"Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeandakı məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotik ticarəti fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyib".