RU

Xalq şairi Sabir Rüstəmxanlının ədəbi bədii gecəsi təşkil ediləcək

ain.az bildirir, Gununsesi portalına istinadən.

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Bu barədə Gununsesi.info-ya Sabir Rüstəmxanlı məlumat verib.

“Söz körpüsü”nün təşkilatçılığı ilə keçiriləcək gecədə Sabir Rüstəmxanlının həyat və yaradıcılığından bəhs ediləcək, şeirləri səsləndiriləcək, sənətkarın 80 illik ömür yolu və ədəbi irsi bir daha anılacaq.

Qeyd edək ki, ədəbi-bədii gecə 1 may 2026-cı il, saat: 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Tədbirə iştirak qeydiyyat əsasında aparılır, yerlər məhduddur.

İştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün: +994 10 411 13 87

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
icma.az

1Источники