RU

BAK-ın dəstəyi ilə daha bir şəhid anası ziyarət edilib

 

"Dayaq" Vətən Müharibəsi Əlilllərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress-nin (BAK) dəstəyi ilə Zabrat qəsəbəsində yaşayan şəhid anası Zeynəb ananı ziyarət edib.

Azreform.info xəbər verir ki, bu ziyarət yalnız mənəvi bir görüş olmaqla kifayətlənmədi, eyni zamanda onun gündəlik həyatında qarşılaşdığı çətinliklərin öyrənilməsi və həllinə yönəlmiş mühüm addım oldu. Səmimi söhbət əsnasında Zeynəb ananın üzləşdiyi hüquqi problem ətraflı şəkildə araşdırıldı və operativ tədbirlər görülərək qısa ( bir neçə gün) zaman ərzində həmin problemin həllinə nail olunub.

Ziyarət çərçivəsində şəhid ailəsinə diqqət və qayğının davamlı olması prinsipini əsas götürərək Zeynəb anaya həm maddi, həm mənəvi, həm də hüquqi dəstək göstərildi. Bu dəstək onun tək olmadığını hiss etdirməklə yanaşı, cəmiyyətimizin şəhid ailələrinə olan dərin hörmət və ehtiramının bir nümunəsi kimi də dəyərləndirilə bilər. Belə təşəbbüslər şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına və onların qarşılaşdıqları problemlərin daha çevik şəkildə aradan qaldırılmasına xidmət edir.
 
 
 
Избранный
25
azreform.info

1Источники