Yaponiyanın Hokkaydo adasında 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin ocağı 83 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar 173 min əhalisi olan Obihiro şəhərindən 30 kilometr cənub istiqamətində baş verib.