RU

Bakıda 73 yaşlı kişi meşəlik ərazidə itdi - FOTO

Bakıda 73 yaşlı kişi itkin düşüb.

Musavat.com xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Viktor Filatov ötən gün Patandar ilə Bayıl arasında yerləşən meşəlik ərazidə itib. Ailəsi Viktorun itkin düşdüyü gün axtarışlara başlayıb, Səbail rayonunun 41-ci polis bölməsinə müraciət edib.

Şəxsin telefonu aktiv vəziyyətdədir, lakin zənglərə cavab vermir.

Həmin ərazidə olan və ya yaxınlıqda yaşayan şəxslərdən xahiş olunur ki,
həyətyanı sahələrə, binaların girişlərinə, zirzəmilərə, meşə yollarına diqqət yetirsinlər.

Əlaqə nömrəsi:102 və ya
(055) 700-76-06
(055) 515-52-25

Şahanə Rəhimli
Musavat. com

Избранный
40
musavat.com

1Источники