1937-ci ilin bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim Məcid Katibli yazırdı: "1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu "xalq düşməni" elan olunmasın".
İşğalın, repressiyanın zamanı fərqli ola bilərdi. Amma mahiyyət eynidir. Həmin rejim terroru, repressiyanı dövlət siyasətinə gətirmişdi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub.
Bu gün həmin sovet quruluşunun xiffətini çəkən və onu bərpa etmək istəyən qüvvələr var. Amma, belə məkrli niyyət heç zaman baş tutmayacaq. Həmin totalitar rejimin xalqların həyatına gətirdiyi dəhşətləri heç kim, hətta gələcək nəsillər də unutmamalıdır. Unutmamalıyıq ki, azadlıq, müstəqillik bəxşiş edilmir, qanla qazanılır.
Onu da qeyd etmək istərdim ki, insan həm də bioloji varlıqdır. Müəyyən tələbatları və iqtisadi çətinlikləri olur. Bir zəruri məqamı unutmaq olmaz ki, sosial-iqtisadi problemlər əbədi deyil. Öz vəzifəsinə laqeyd yanaşanlar var, məmur etinasızlığı var. Bütün bunlar mütləq keçib gedəcək. Müstəqillik isə əbədidir. Azad yaşamaq əvəzsizdir!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31