RU

Hər şeyim kül oldu Məşhur müğənni 2 milyonluq sərvətini itirdi

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur türkiyəli müğənni Kənan Doğulu Los-Ancelesdəki villasının yanması ilə bağlı ilk dəfə səmimi açıqlamalar verib. Sənətçi başına gələn bu hadisədən sonra həyata baxışının tamamilə dəyişdiyini bildirib.Demokrat.az xəbər verir ki, qatıldığı televiziya proqramında danışan ifaçı meşə yanğınları zamanı külə dönən mülkü barədə maraqlı detalları paylaşıb.Doğulu bildirib ki, Los-Ancelesdə yerləşən və dəyəri təxminən 2 milyon dollar olan lüks villası yanğın nəticəsində tamamilə məhv olub. Sənətçi hadisədən sonra mülkiyyət hissinə qarşı bir soyuqluq yaşadığını etiraf edib:"Evim kül oldu. Bu hadisədən sonra mülkiyyət hissinə qarşı bir soyuma yaşadım. Həyatımdan milyonlarla əşya bir anda yox oldu. İmzalı gitarlarım, albomlarım, xüsusi studiya avadanlıqlarım, avtomobillərim və saysız-hesabsız xatirələrim həmin yanğında məhv oldu".Maddi itkisi böyük olsa da, müğənni bu hadisəyə fərqli bir prizmadan yanaşdığını vurğulayıb. O, əşyaların itməsindən sonra özünü daha yüngül hiss etdiyini deyib:"Bir anda sanki üzərimdən böyük bir yük qalxdı, rahatladım. Mala gəlsin, cana gəlməsin. Çox üzüldüm, amma hadisə anında orada olmadığımız üçün xoşbəxtəm. Bu, böyük bir travma olsa da, həll olunmayacaq bir şey deyil".Hazırda yanan evin ərazisini satmağa çalışdığını deyən Kənan Doğulu, başqa bir yerdən yeni mülk almağı planlaşdırır. Xatırladaq ki, sözügedən yanğınlar 2025-ci ilin əvvəlində baş vermiş, 28 nəfərin ölümünə və 16 mindən çox tikilinin məhv olmasına səbəb olmuşdu. Bu fəlakət Kənan Doğulu və həyat yoldaşı, məşhur aktrisa Beren Saat cütlüyünə də ciddi maddi və mənəvi zərbə vurub.

Избранный
13
demokrat.az

1Источники