RU

40 günlük müharibədən sonra diplomatiya trafiki

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin və İsrailin hücumları ilə başlayan 40 günlük müharibədən sonra aparılan danışıqlarda İranın maraqlarını təmin etməyi hədəflədiklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabaddakı görüşlərindən sonra Rusiyadakı rəsmi təmasları çərçivəsində Sankt-Peterburq şəhərinə gedib.

İranlı nazir bu şəhərdə ölkəsinin dövlət televiziyasına verdiyi açıqlamada Oman və Pakistandakı təmaslarını qiymətləndirib.

İlk olaraq Rusiyada keçirəcəyi görüşlərə toxunan Əraqçi Tehran ilə Moskva arasında regional və beynəlxalq məsələlərlə bağlı yaxın məsləhətləşmələri davam etdirmək və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün bu ölkəyə gəldiyini bildirib.

Əraqçi bugünkü görüşlərin müharibə ilə bağlı hadisələri müzakirə etmək və bu sahədəki son vəziyyəti qiymətləndirmək üçün yaxşı fürsət olduğunu, bu çərçivədə iki ölkə arasındakı məsləhətləşmə və koordinasiyanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İslamabaddakı görüşləri barədə danışan Əraqçi "İslamabad səfəri olduqca məhsuldar keçdi, yaxşı məsləhətləşmələr aparıldı. Bu çərçivədə keçmiş hadisələr nəzərdən keçirildi və İran ilə ABŞ arasındakı danışıqların hansı şərtlər altında davam etdirilə biləcəyi müzakirə olundu", - deyib.

O, İranın danışıqlardakı şərtlərinin böyük önəm daşıdığına işarə edib: "40 günlük müqavimətdən sonra İran xalqının haqlarını mütləq əldə etməli və danışıqlarda ölkənin maraqlarını təmin etməliyik".

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
cebheinfo.az

2Источники