RU

Avtomobil nəhəngindən mühüm qərar: "Porsche" şirkəti "Bugatti" və "Rimac"dakı paylarını satır

"Porsche", idman avtomobilləri istehsalçıları - "Bugatti" və "Rimac"dakı paylarını, misirli milyarder Saviris (Sawiris ) ailəsi ilə əlaqəli ABŞ-da yerləşən bir fondun rəhbərlik etdiyi konsorsiuma satacağını açıqlayıb. 

Marja xəbər verir ki, razılaşma çərçivəsində "Porsche", 2021-ci ildə yaradılan və Fransada yerləşən "Bugatti" ilə Xorvatiyada yerləşən "Rimac"da 20,6% paya sahib olan "Bugatti Rimac" birgə müəssisəsindəki 45% payını əlindən çıxaracaq. Bu payı ABŞ-ın "HOF Capital" fondunun rəhbərlik etdiyi konsorsiumun əldə edəcəyi bildirilib.

Bu addım, Porsche-nin fəaliyyət mənfəətinin ötən il 93% azalmasından sonra strategiyasını yenidən qiymətləndirdiyi bir dövrdə atılıb Almaniya brendi, nəzarət paketinin "Volkswagen"ə məxsus olduğu bir şirkət kimi dərinləşən böhranla üz-üzədir.

"Reuters"in xəbərinə görə razılaşmanın maliyyə detalları açıqlanmayıb. Məsələyə yaxın bir mənbə "Bugatti Rimac"in dəyərinin 1 milyard dollardan çox olduğunu bildirib. "Porsche" və "Bugatti Rimac" məsələyə dair şərh verməyib.

Şirkətlərin birgə açıqlamasında yer alan məlumata görə, "Bugatti Rimac" tərəfdaşlığının qurulması ilə "Bugatti"nin gələcəyi üçün güclü bir təməl yaradılıb. Açıqlamada, satışdan sonra "Porsche"nin əsas (nüvə) biznesinə fokuslanacağı vurğulanıb.

Mənfəət marjasındakı kəskin azalma satış payın satılması barədə qərara səbəb olub

"Porsche", "Rimac" ilə tərəfdaşlığa başlayan zaman - "Bugatti"nin hiperavtomobil üzrə ixtisaslaşmasını "Rimac"ın elektrikli mobillik gücü ilə birləşdirməyi hədəflədiyini açıqlamışdı. Lakin şirkət, ABŞ tarifləri və Çində zəifləyən tələbat səbəbilə təzyiq altında qaldı. "Porsche"nin mənfəət marjası ötən il 14,1%-dən 1,1%-ə gerilədi.

İlin əvvəlində vəzifəyə başlayan yeni CEO (İcraçı direktor), xərcləri azaltmaq məsələsində təzyiq altındadır.

"BlueFive Capital", cümə günü etdiyi açıqlamada "HOF Capital"ın rəhbərlik etdiyi konsorsiumun investorları arasında yer aldığını bəyan edib. Şirkət yalnız "Bugatti Rimac"ainvestisiya etdiyini, "Rimac Group"a birbaşa investisiya etmədiyini qeyd edib.

2024-cü ilin noyabrında qurulan "BlueFive Capital", Əbu-Dabi maliyyə mərkəzində yerləşir. Şirkətin Körfəz bölgəsində, Londonda və Pekində ofisləri var. Şirkət özəl kapital, daşınmaz əmlak, infrastruktur və maliyyə məhsulları sahələrində fəaliyyət göstərir.

İş elanları AzVak.az-da

Porsche Bugatti Rimac paylarını satırPorsche Bugatti Rimac hissə satışıBugatti Rimac tərəfdaşlığı Porsche faiz payHOF Capital konsorsiumu Sawiris ailəsiBlueFive Capital Bugatti Rimac investisiyaPorsche fəaliyyət mənfəəti düşübPorsche mənfəət marjası gerilədiRimac Group Bugatti Rimac nəzarəti ələ alırReuters Porsche Bugatti Rimac razılaşmaBugatti Rimac dəyərləndirmə milyard dollardan çoxVolkswagen nəzarət paketi Porsche böhranıABŞ tarifləri Porsche təsiriÇində zəifləyən tələbat PorscheOliver Blume sonrası Porsche idarəetməxərcləri azaltmaq kapitalı sərbəstləşdirmək PorscheAbu Dabi maliyyə mərkəzi BlueFive CapitalKörfəz London Pekin ofisləri BlueFiveözəl kapital daşınmaz əmlak infrastruktur maliyyə məhsullarıhiperavtomobil Bugatti elektrikli mobillik Rimacstrateji tərəfdaşlıq BlueFive HOF Capital
Избранный
42
3
marja.az

4Источники