RU

Şəbnəm qızının həmin videosundan DANIŞDI

Müğənni Şəbnəm Tovuzlu qızı Günelin sosial şəbəkələrdə müzakirə olunan videosu ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi sözügedən görüntü ad günündən qayıdarkən lentə alındığını bildirib. Onun sözlərinə görə, avtomobil qırmızı işıqda dayanan zaman çəkiliş edilib və maşın hərəkətdə olmayıb.

Şəbnəm qeyd edib ki, qızı təhlükəsizlik kəmərini düzgün qaydada taxmadığı üçün cərimə olunublar və bu məsələni artıq həll ediblər. O, videonu özünün çəkdiyini və həmin vaxt populyar olan musiqiyə görə paylaşdıqlarını vurğulayıb.

Müğənni əlavə edib ki, qızı gəncdir və bu cür davranışlar onun yaş dövrü ilə bağlıdır. O, sosial mediada oxşar videoların çox olduğunu deyərək, Günelin paylaşımının sadəcə maraqlı olub diqqət çəkdiyini bildirib./Milli.Az

Избранный
1
2
bakivaxti.az

3Источники