RU

Ağcabədidə 2 əmioğlu qətlə yetirildi - FOTO

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib.

Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Məmmədov və 1989-cu il təvəllüdlü Həsən Məmmədov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun münaqişə zəminində iki əmioğlunu qətlə yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda Həsən Məmmədov

397590Fotoda Şaiq Məmmədov

397591

Избранный
12
3
hit.az

6Источники