RU

Milli Məclis Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini ratifikasiya edib

Bakı. Trend:

Milli Məclis Azərbaycan və İqtisadi Əməkdaşlıq TəşkilatınınTəmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişini ratifikasiyaedib.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadiƏməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev SahibiÖlkə Saziş”in əsas məqsədi qeyd olunan Mərkəzin öz funksiyalarınıvə vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlaryaratmaq, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin heyətüzvlərinin işini asanlaşdırmaq və Mərkəz və ev sahibi ölkə arasındaəsas münasibətləri tənzimləməkdir.

Saziş Mərkəzin, o cümlədən onun binasının və heyət üzvlərininhüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyənedir.

Sazişin müddəalarına əsasən, Mərkəz hüquqi şəxs statusuna və birsıra səlahiyyətlərə (müqavilələr bağlamaq, daşınmaz və daşınarəmlak əldə etmək, məhkəmələrə müraciət etmək və s) malikdir.

Sazişin digər müddəaları binanın yerləşdiyi yer (Bakı şəhəri),onun saxlanması xərcləri, kommunal xərclər, təhlükəsizlik, sanitartələblər, fövqəladə hallar zamanı hərəkətlər, binanın və arxivintoxunulmazlığı, əmlak, fond aktivlər, azadolmalar, heyətinimmunitet və imtiyazları, yaşayış imkanları, viza və s. məsələləritənzimləyir.

“Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi ƏməkdaşlıqTəşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi ÖlkəSazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdənsonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbuledilib.

Избранный
42
2
az.trend.az

3Источники