RU

FİFA 2026 Dünya Kuboku üçün ödənişləri artırır Rekord mükafat fondu TƏSDİQLƏNDİ

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

FİFA 2026-cı il Dünya Kuboku ilə bağlı milli komandalar üçün ödənişlərin artırılacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, qərar milli futbol assosiasiyalarının turnirə hazırlıq xərclərinin yüksək olması ilə bağlı təzyiqləri fonunda qəbul edilib.

Qeyd olunub ki, 2025-ci ilin dekabrında FİFA Şurası ümumilikdə 727 milyon dollarlıq rekord mükafat fondunu təsdiqləyib. Bu məbləğ turnirdə iştirak edəcək 48 komandanın hər birinə ən azı 10,5 milyon dollar təmin edir.

Məlumata görə, bir sıra federasiyalar ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə səyahət, yaşayış və vergi xərclərinin yüksək olmasının gəlirləri azalda biləcəyini bildirib.

Bildirilib ki, bu səbəbdən FİFA 28 apreldə Vankuverdə keçiriləcək şura iclasında əlavə maliyyələşdirmə məsələsini müzakirə edəcək.

Qeyd edilib ki, təşkilat həm iştirakçı komandalara birbaşa ödənişlərin artırılması, həm də 211 milli federasiya üçün inkişaf proqramlarının genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Məlumata əsasən, 2026-cı il Dünya Kuboku tarixdə ilk dəfə üç ölkədə — ABŞ, Kanada və Meksikada keçiriləcək və 48 komandanın iştirakı ilə baş tutacaq. Turnir 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
33
redaktor.az

10Источники