RU

Ağlayan körpəni necə sakitləşdirmək lazımdır? Həkimdən AÇIQLAMA

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Hər bir valideyn körpənin ağlamasını tez sakitləşdirmək problemi ilə tez-tez qarşılaşır və bunun üçün bir neçə effektiv üsul mövcuddur.

Redaktor.az xəbər verir ki, bunu həkim Dina Rusinova “Gazeta.ru”ya açıqlamasında bildirib.

O, qeyd edib ki, ilk növbədə körpənin niyə ağladığını müəyyənləşdirmək lazımdır. Onun sözlərinə görə, əsas səbəblər fiziki narahatlıq (məsələn, yaş bez), emosional narahatlıq və ya sağlamlıq problemləri ola bilər.

Həkim bildirib ki, sağlamlıq problemi şübhəsi yoxdursa, narahatlığın səbəbi aradan qaldırılmalıdır: bez dəyişdirilməli, körpə geyim baxımından uyğunlaşdırılmalı, qucağa götürülərək sakitləşdirilməlidir.

Onun sözlərinə görə, ən təsirli üsullardan biri körpəni sol tərəfi üstə elə qucaqlamaqdır ki, o, valideynin bədəninə söykənsin. Bu vəziyyət həm həzm prosesini yaxşılaşdırır, həm də körpənin ananın ürək döyüntüsünü eşitməsinə imkan yaradır ki, bu da onu sakitləşdirir.

Digər üsul isə körpənin qarnını valideynin sinəsinə və ya qarnına yüngülcə sıxmaqdır. Bu, istilik təsiri yaradaraq spazmları və ağrını azaldır. Həkim əlavə edib ki, qarının saat əqrəbi istiqamətində masajı, yüngül yellənmə, isti vanna və bələmə də körpənin sakitləşməsinə kömək edir.

Mütəxəssis qeyd edib ki, əgər körpənin uzunmüddətli ağlaması hərarət, qusma, yuxu pozğunluğu və ya qidalanmadan imtina ilə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
redaktor.az

2Источники