RU

“Xidmətlərin elektronlaşdırılması prosesi davam edir”- Sahib Məmmədli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron xidmətlər genişlənir

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədli QHT.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan rəqəmsallaşma və xidmətlərin elektronlaşdırılması prosesindən danışıb.

Onun sözlərinə görə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin əksəriyyəti artıq elektron formaya keçirilib və bu proses davam edir:

“Əlbəttə, nazirliyin həyata keçirdiyi çoxsaylı xidmətlər mövcuddur. Bunların bir çoxu artıq elektronlaşıb, eyni zamanda ‘DOS’ xidməti üzərindən də həyata keçirilir. Hər iki halda vətəndaşlar üçün bu xidmətlər kifayət qədər əlçatandır və elektronlaşma istiqamətində proseslər davam edir.”

Sahib Məmmədli bildirib ki, İctimai Şura üzvləri olaraq yaxın günlərdə “DOS” mərkəzinin rəhbərliyi ilə görüş keçirilib və gələcəkdə bir sıra xidmətlərin daha da proaktiv şəkildə təqdim olunması planlaşdırılır.

Onun sözlərinə görə, nazirlik xidmətlərin vahid portal üzərindən göstərilməsi istiqamətində də iş aparır və sistem “my.gov” platforması ilə inteqrasiya olunur:

“Buna baxmayaraq, nazirlik bu istiqamətdə işlərini davam etdirir. Mən hesab edirəm ki, hazırda ən çox xidmətləri elektronlaşdırılmış dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir və bu proses hələ də davam edəcək.”

Məmmədli vurğulayıb ki, rəqəmsallaşma və xidmətlərin elektronlaşdırılması gələcəkdə vətəndaşların daha rahat və operativ xidmət almasına imkan yaradacaq.

Zəhra Ağayeva

Избранный
36
qht.az

1Источники