Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qurban bayramı və Müstəqillik Gününün eyni dövrə təsadüf etməsi bu il qeyri-iş günlərinin sayını artırıb.
“Cebheinfo.az” məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.
Qurumun mətbuat üzrə məsul nümayəndəsi Solmaz Aydəmir sorğumuza cavab olaraq bildirib ki, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib:
“Bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, mayın 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib.
Bu səbəbdən mayın 29-u da qeyri-iş günü elan olunub. Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.Onu da qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Bu səbəbdən mayın 11-i də qeyri-iş günü kimi müəyyənləşdirilib.
Həmçinin Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.