Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, alman mühafizəkarları Brüsselin həddindən artıq bürokratik nəzarətinin biznesin inkişafını ləngitdiyini bildirərək, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edirlər. Partiyanın hazırladığı 27 bəndlik strateji sənəddə Avropa İttifaqının icraedici hakimiyyəti üzərində veto hüququna malik xüsusi nəzarət orqanının yaradılması və qurumun personal sayının azaldılması kimi radikal addımlar yer alıb. Alman qanunvericilər Avropa Komissiyasının indiyədək atdığı addımları qeyri-kafi hesab edərək, fon der Leyendən tənzimləmələrin sürətlə ixtisar edilməsini tələb edirlər, əks halda, Brüsselin səlahiyyətlərini məhdudlaşdıracaq genişmiqyaslı kampaniyaya başlayacaqları ilə bağlı xəbərdarlıq ediblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта