RU

Uşaq əməyinin cəmiyyətə və fərdlərə vurduğu zərərlərdən danışılıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə "Uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının mənfi nəticələri" mövzusunda görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şagird və müəllimlərlə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqları komissiyasının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri və QHT üzvləri iştirak ediblər.

Görüş zamanı mövzu ilə bağlı təqdimatlar edilib, uşaq əməyinin, eləcə də uşaqların cinsi istismarı hallarının cəmiyyətə və fərdlərə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Ölkəmizdə uşaqların hüquqlarının qorunması istiqamətində görülən işlərdən və mövcud qanunvericilikdən bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
azertag.az

1Источники