RU

Palata sədri: Bəzən dövlət orqanlarının tabeliklərindəki təşkilatların göstəriciləri konsolidə edilmiş hesabatlarda nəzərə alınmır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Qurumların hesabatlarının konsolidasiyası üzrə zəifliklərin olmasını müşahidə edirik. İllik hesabatımızda bu məsələ ətraflı şərh edilib. Ayrı-ayrı dövlət orqanlarının tabeliklərindəki təşkilatların göstəriciləri konsolidə edilmiş hesabatlarda bəzən nəzərə alınmır.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Palata sədri qeyd edib ki, Hesablama Palatası tərəfindən mütəmadi olaraq aparılmış maliyyə auditləri dövlət sektorunda müvafiq istiqamətdə intizamın gücləndirilməsində mühüm rol oynayıb.

“Bütün bu qeyd olunanlar, dövlət sektorunda təmsil olunan qurumların fərdi maliyyə hesabatlarının maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük töhfə verib. Müvafiq istiqamətdə qeyd edilən müsbət məqamlarla yanaşı, bildirməliyik ki, dövlət maliyyəsi kontekstində fərdi maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun şəkildə tərtib edilməsi öz-özlüyündə məqsəd hesab edilmir. Eyni zamanda, qurum səviyyəsində birləşdirilmiş hesabatlar dövlət sektoru üzrə konsolidə edilmiş hesabatın həlqələrini təşkil edir. Ona görə də hazırda dövlət sektorunda maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mövcud olan əsas məsələ dövlət sektorunu bütövlükdə və ya onun ayrı-ayrı subsektorlarını əhatə edən və beynəlxalq standartlara uyğun hazırlanmış konsolidə edilmiş hesabatın mövcud olmamasıdır”, - deyə V.Gülməmmədov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
azertag.az

2Источники