RU

Neft bazarı ABŞ və İran arasındakı qeyri-müəyyənliyə belə reaksiya verdi

ABŞ-İran münaqişəsində yaranmış qeyri-müəyyənlik dünya neft bazarında qiymətlərin 100 dollardan yuxarıda qalmasına səbəb olub.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında ilk hərraclarda Brent markalı neftin iyun fyuçersləri 1,5 dollara yaxın bahalaşraq 106,45 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin iyun fyuçersləri isə 0,80 dollar bahalaşmaqla 95.20 dollara ticarət olunur.

Analitiklər danışıqlar prosesinin dalana dirənməsi, ABŞ-ın yenidən İrana qarşı zərbələri başlatması ehtimalının yüksək olması səbəbindən yaranan risk amilinin qiymətləri yüksək saxladığını bildirirlər.

Musavat.com

Избранный
47
musavat.com

1Источники