Metbuat.az xəbər verir ki, “Qalatasaray” prezidenti Dursun Özbek matçdan sonra soyunma otağına enərək oyunçuları şəxsən təbrik edib və onlara veriləcək ümumi mükafatın məbləğini açıqlayıb. Özbək rəqib üzərindəki parlaq qələbəyə görə futbolçulara 5 milyon avro (təxminən 10 milyon AZN) mükafat veriləcəyini bildirib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə “Qalatasaray” liderlik edir. Sarı-qırmızılı komanda 74 xalla ən yaxın rəqibini 7 xal qabaqlayır. Çempionatın başa çatmasına 3 həftə qalır.