ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, MSK-nın əvvəlki tərkibində üzv olan bəzi şəxslər yeni tərkibdə yer almayıblar.
Belə ki, aşağıdakı şəxslər 2026-cı il aprelin 27-də formalaşan MSK-nın yeni tərkibində təmsil olunmayacaqlar:
Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən Şaitdin Əliyev;
Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən Validə Kazımova;
Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edən Nizami Nadirxanlı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.