RU

Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək

Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.

"Həmçinin tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək", - DİM rəsmisi qeyd edib.

Избранный
3
27
far.az

10Источники