RU

2025-ci ildə Rusiya və Ukraynanın hərbi xərclərini açıqlanıb

Rusiya 190 milyard dollarla ÜDM-in 7,5 faizini, Ukrayna isə 84,1 milyard dollarla ÜDM-in 40 faizini hərbi xərclərə ayırıb, qlobal hərbi xərclər 2,89 trilyon dollara çatıb…

Poliqon xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2025-ci ildə dünyanın hərbi xərcləri 2,89 trilyon dollar təşkil edib ki, bu da real ifadədə 2024-cü illə müqayisədə 2,9 faiz çoxdur.

SIPRI-nin bu gün dərc etdiyi yeni hesabata əsasən, hərbi xərclər ABŞ-da azalıb, lakin Avropada 14 faiz, Asiya və Okeaniyada isə 8,1 faiz artıb. Ən çox hərbi xərc edən üç ölkə ABŞ, Çin və Rusiya olub. Bu üç dövlət cəmi 1,48 trilyon dollar, yəni qlobal hərbi xərclərin 51 faizini təşkil edib.

SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının elmi işçisi Syao Lyan bildirib ki, 2025-ci ildə qlobal hərbi xərclər yenidən artıb, çünki dövlətlər daha bir il ərzində davam edən müharibələr, qeyri-müəyyənlik və geosiyasi sarsıntılara genişmiqyaslı silahlanma proqramları ilə cavab veriblər. O əlavə edib ki, mövcud böhranların miqyası və bir çox dövlətlərin uzunmüddətli hərbi xərc hədəfləri nəzərə alınmaqla, bu artımın 2026-cı il və sonrakı dövrlərdə də davam edəcəyi ehtimal olunur.

ABŞ-ın 2025-ci ildə hərbi xərcləri 954 milyard dollar olub ki, bu da 2024-cü illə müqayisədə 7,5 faiz azdır. Bu azalmanın əsas səbəbi il ərzində Ukraynaya yeni maliyyə hərbi yardımının təsdiq edilməməsidir.

Rusiyanın hərbi xərcləri 2025-ci ildə 5,9 faiz artaraq 190 milyard dollara çatıb və bu, ölkənin ÜDM-in 7,5 faizinə bərabərdir. Hərbi xərclərə görə 2025-ci ildə yeddinci yerdə qərarlaşan Ukrayna isə xərclərini 20 faiz artıraraq 84,1 milyard dollara, yəni ÜDM-in 40 faizinə qaldırıb.

Poliqon.info

Избранный
20
22
poliqon.info

10Источники