RU

Netanyahu ilə bağlı ŞOK İDDİA

İsrail mediası hökumətlə hərbi rəhbərlik arasında narazılığın artdığını yazır.

Musavat.com xəbər verir ki, İsrailin Israel Hayom nəşri baş nazir Benyamin Netanyahunun Livandakı uğursuz əməliyyatların məsuliyyətini İsrail Müdafiə Qüvvələrinin (IDF / TsAXAL) üzərinə qoymağa çalışdığını iddia edib.

Nəşr anonim mənbələrə istinadən yazır ki, ordu daxilində Netanyahu-nun özünə “günah keçisi” axtardığı barədə narazılıq artır.

“Hərbçilərin narazılığı aysberqin yalnız görünən hissəsidir. TsAXAL-da belə fikir güclənir ki, Netanyahu Livandakı məyusedici nəticələrə və İrandakı qismən nəticələrə görə məsuliyyəti başqasının üzərinə qoymaq istəyir”, - deyə məqalədə qeyd olunub.

Mənbələr Netanyahunun yaxın günlərdə verdiyi bəyanatı da bununla əlaqələndirirlər. Həmin bəyanatda baş nazir atəşkəsə baxmayaraq, Livanda “Hizbullah” hədəflərinə zərbələr endirilməsi barədə göstəriş verdiyini açıqlamışdı.

Lakin Israel Hayom yazır ki, bu açıqlama daha çox ictimai təzyiqi azaltmağa hesablanmış siyasi jest kimi qiymətləndirilir.

Mənbələrin sözlərinə görə, TsAXAL üçün real əməliyyat təlimatlarında ciddi dəyişiklik olmayıb və əvvəlki qaydalar qüvvədə qalır.

Nəşr qeyd edir ki, son hücumlar da təqdim edildiyi qədər genişmiqyaslı olmayıb. İsrail ordusu əsasən Cənubi Livanda, mülki şəxslərin olmadığı ərazilərdə fəaliyyət göstərib.

Məqalədə həmçinin hökumətlə təhlükəsizlik qurumları arasında fikir ayrılıqlarının dərinləşdiyi vurğulanır.

Mənbələr bildirirlər ki, Netanyahu gələcəkdə İrandakı nəticələrə görə məsuliyyəti Mossad kəşfiyyat xidmətinin üzərinə də yönəldə bilər.

Xatırladaq ki, Netanyahu-nun ofisi 25 aprel tarixində baş nazirin Livandakı “Hizbullah” mövqelərinə zərbələr endirilməsi barədə əmr verdiyini açıqlamışdı.

Buna səbəb kimi Şimali İsrail ərazilərinin raket və pilotsuz aparatlarla vurulması, həmçinin Cənubi Livanda yerləşən İsrail qüvvələrinə hücumlar göstərilib. Ardınca İsrail ordusu Livanın cənubunda bir sıra hədəflərə zərbələr endirdiyini bildirib.

Musavat.com

Избранный
35
musavat.com

1Источники