Bakı. Trend:
Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə həmsiyasi, həm də iqtisadi və humanitar müstəvilərdə nəzərəçarpacaqdərəcədə dərinləşib. Bu münasibətlər yalnız rəsmi bəyanatlar vəimzalanmış sənədlərlə məhdudlaşmır, həm də real əməkdaşlıqlayihələri, qarşılıqlı dəstək və ortaq maraqlar üzərində qurulandavamlı tərəfdaşlıq modelini əks etdirir. Ukrayna PrezidentiVolodimir Zelenskinin Azərbaycana son işgüzar səfəri bu baxımdanxüsusi əhəmiyyət kəsb edir və iki ölkə arasında əlaqələrin yenimərhələyə keçdiyini nümayiş etdirir.
Bu barədə Trend-ə politoloq Azər Qarayev.
"Qəbələdə keçirilən görüşlər və aparılan müzakirələr göstərdiki, Bakı və Kiyev arasında dialoq artıq epizodik xarakter daşımır,sistemli və məqsədyönlü şəkildə inkişaf edir. Azərbaycan Prezidentiİlham Əliyevin də vurğuladığı kimi, son dörd il ərzindəprezidentlər səviyyəsində yeddi görüşün baş tutması münasibətlərindinamikliyindən xəbər verir. Bu görüşlər yalnız protokol xarakteridaşımır, konkret nəticələrə yönəlmiş müzakirələr və qərarlarlamüşayiət olunur.
Siyasi münasibətlərin möhkəm təməli hələ əvvəlki illərdəimzalanmış strateji tərəfdaşlıq sənədlərinə dayanır. Bu sənədlərçərçivəsində tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünüvə sərhədlərinin toxunulmazlığını daim dəstəkləyiblər. Buprinsipial mövqe xüsusilə müasir beynəlxalq münasibətlər sistemindəböyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözləri ilədesək, "Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlardaqarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünüdəstəkləyir və dəstəkləyəcəkdir". Bu yanaşma tərəflərin yalnızikitərəfli deyil, qlobal səviyyədə də ortaq mövqedən çıxış etdiyinigöstərir", - o bildirib.
Onun sözlərinə görə, energetika sahəsi Azərbaycan-Ukraynaəməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır.
"Azərbaycanın enerji resursları və Ukraynanın tranzit imkanlarıbu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivləraçır. Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada uzun illərdirfəaliyyəti bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Eynizamanda, yeni investisiya layihələri və birgə təşəbbüslər müzakirəolunur ki, bu da tərəflərin enerji təhlükəsizliyi sahəsində dahasıx əməkdaşlıq etmək niyyətini göstərir.
İqtisadi əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Ticarətdövriyyəsinin artması, kənd təsərrüfatı, sənaye və investisiyasahələrində əməkdaşlığın genişlənməsi bu münasibətlərin çoxşaxəlixarakter aldığını sübut edir. Hazırda iki ölkə arasında ticarətdövriyyəsinin yarım milyard dolları ötüb keçməsi mühümgöstəricidir, lakin tərəflər bu rəqəmin daha da artırılması üçünböyük potensialın mövcud olduğunu qeyd edirlər. Bu baxımdanHökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi rol oynayır vəgələcəkdə daha intensiv əməkdaşlıq üçün platforma rolunuoynayacaq.
Son illərdə diqqət çəkən mühüm istiqamətlərdən biri dəhərbi-texniki əməkdaşlıqdır. Həm Azərbaycan, həm də Ukrayna müdafiəsənayesində ciddi inkişaf yolu keçib və bu sahədə təcrübəmübadiləsi üçün geniş imkanlar mövcuddur. Prezident Zelenski də buistiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki,Ukrayna müharibə şəraitində əldə etdiyi təcrübəni bölüşməyəhazırdır və birgə istehsal layihələri perspektivli görünür. Buəməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsi deyil, həmdə texnoloji inkişaf baxımından mühüm əhəmiyyət daşıyır", -politoloq bildirib.
A.Qarayev qeyd edib ki, humanitar sahə isə Azərbaycan-Ukraynamünasibətlərinin ən həssas və eyni zamanda ən təsirliistiqamətlərindən biridir.
"Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardım,xüsusilə müharibədən zərər çəkmiş uşaqlara yönəlik dəstək yüksəkqiymətləndirilir. Ukrayna Prezidenti bu yardımlara görəminnətdarlığını ifadə edərək bildirib ki, "beş yüzdən artıqukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizəminnətdarıq". Bu cür təşəbbüslər iki xalq arasında humanitarbağların möhkəmlənməsinə xidmət edir və münasibətləri yalnızdövlətlərarası deyil, həm də xalqlar səviyyəsindəyaxınlaşdırır.
Eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq dadiqqətəlayiqdir. Ukraynanın ali təhsil müəssisələri uzun illərdirazərbaycanlı tələbələr üçün cəlbedici məkan olaraq qalır. Bu isəgələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinətöhfə verən mühüm amildir. Gənclər arasında qurulan bu körpüləruzunmüddətli perspektivdə strateji tərəfdaşlığın sosial bazasınıformalaşdırır", - o bildirib.
Politoloq vurğulayıb ki, mövcud geosiyasi reallıqlar fonundaAzərbaycan və Ukrayna arasında əməkdaşlıq həm də daha genişregional və qlobal kontekstdə əhəmiyyət qazanır. Enerjitəhlükəsizliyi, nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi kimiməsələlərdə iki ölkənin əməkdaşlığı yalnız öz milli maraqları iləməhdudlaşmır, həm də daha geniş region üçün sabitlik və inkişafamilinə çevrilir.
"Nəticə etibarilə, Azərbaycan-Ukrayna münasibətləri bu günçoxşaxəli və dinamik inkişaf edən tərəfdaşlıq modelidir. Siyasidialoq, iqtisadi əməkdaşlıq, enerji layihələri, humanitartəşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət bumünasibətləri möhkəm təməl üzərində qurur. Prezidentlərsəviyyəsində davamlı təmaslar və qarşılıqlı dəstək isə butərəfdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminlik yaradır.Zelenskinin Azərbaycana səfəri də məhz bu inkişafın növbətimərhələsini simvolizə edərək, iki ölkə arasında dostluq vəəməkdaşlığın daha da dərinləşəcəyinə işarə edir", - A.Qarayev əlavəedib.