RU

İran polad ixracını müvəqqətiDAYANDIRDI

İranda polad ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Ticarətin Təşviqi Təşkilatı məlumat yayıb.

Bildirilib ki, ABŞ-İsrail hücumlarından sonra yaranan təzyiqlər fonunda ölkənin polad sənayesində vəziyyət gərginləşib.

Qeyd olunub ki, yeni direktivə əsasən polad plitə və lövhələrin ixracı 30 maya qədər qadağan edilib.

Məlumata görə, İran Polad İstehsalçıları Assosiasiyasının katibi daha əvvəl polad lövhələr və isti yayılmış təbəqələrin idxalı üzrə təcili plan üzərində iş aparıldığını açıqlamışdı.

Bildirilib ki, o, sənaye müəssisələrinə növbəti iki ay ərzində xammal ehtiyaclarını daha diqqətlə idarə etmələri barədə çağırış edib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
5
1
redaktor.az

2Источники