RU

Zahid Orucdan MÜHÜM ÇIXIŞ

Milli Məclisin plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə əsasən, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışı zamanı bildirib ki, lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil:

“Xüsusilə, kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklər yaratdığını qeyd edirlər”.

Komitə sədri qeyd edib ki, təkcə dövlət yardımı kifayət deyil, özəl lizinq şirkətlərinin payı ölkəmizdə aşağıdır və bazarda rəqabət mühiti arzu olunan səviyyəyə çatmayıb:

“Lizinq əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki beynəlxalq təcrübədə lizinq sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Ölkəmizdə lizinqin sektorlar üzrə bölgüsünün artmasına ehtiyac var”.

Deputat deyib ki, lizinq müqavilələri üzrə maarifləndirməyə ehtiyac var:

“Çünki sahibkarlar lizinqin üstünlükləri, riskləri və hüquqi nəticələri barədə tam məlumatlı olmurlar. İnkişaf etmiş ölkələrdə lizinq bazarı investisiyaların mühüm hissəsini təşkil edir. İlk növbədə, lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var. Əks halda, özəl sektoru sahəyə cəlb etmək çətin olacaq. Mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş lizinq mexanizmlərinin yaradılması vacibdir. Xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmasına ehtiyac var.

Rəqəmsal lizinq platformalarının yaradılması və elektron müqavilə mexanizmlərinin genişləndirilməsi gələcək inkişaf üçün vacibdir.

İstehlakçı hüquqlarının qorunması mexanizmlərinin gücləndirilməsi vacibdir.

Müqavilə şərtlərinin sadə və aydın təqdim olunması, risklərin əvvəlcədən izah edilməsi mühüm əhəmiyyət kəsb edir. Lizinq bazarının inkişafı üçün zəmanət fondları, risk paylaşma mexanizmləri və dövlət-özəl tərəfdaşlığı alətləri nəzərdən keçirilə bilər".

E.Paşasoy,
Musavat.com

Избранный
8
5
musavat.com

10Источники