RU

Ağdərədə Prezident Kuboku 2026 beynəlxalq reqatasının açılış mərasimi keçirilib

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqində reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib. Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Ardınca nümunəvi çıxışlar start götürüb. Daha sonra tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdirilib.

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
9
olke.az

10Источники