RU

Karapetyanın kəşfiyyatçı tərəfdarı saxlanıldı

Ermənistanda iş adamı Samvel Karapetyana yaxınlığı ilə tanınan Artur Avanesyanın saxlanıldığı bildirilir.

Musavat.com xəbər verir ki, Ermənistanın tanınmış iş adamı və siyasi proseslərdə adı hallanan Samvel Karapetyanın yaxın çevrəsinə aid edilən Artur Avanesyan saxlanılıb.

Məlumata görə, Avanesyan Ermənistanın Antikorrupsiya Komitəsinə aparılıb və barəsində saxlanılma qərarı tətbiq edilib.

Erməni mediası onun təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqəli şəxs kimi tanındığını, “Kandaz” ləqəbi ilə tanındığını yazır.

Hazırda Avanesyanın hansı iş üzrə saxlanıldığı açıqlanmır.

Rəsmi qurumlar istintaqın detalları barədə əlavə məlumat verməyiblər.

Musavat.com

Избранный
49
musavat.com

1Источники