RU

Starmer İran müharibəsinin təsirləri ilə bağlı fövqəladə iclas keçirəcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer aprelin 28-də İran müharibəsinin nəticələri fonunda yaşayış xərclərinin artımı məsələsinə həsr olunmuş Cobra fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.

Bizimyol.info xəbər verir ki, Starmer pərakəndə ticarət, anbar-logistika, distribusiya və xidmət sahələrində çalışanları birləşdirən "USDAW" (Union of Shop, Distributive and Allied Workers) həmkarlar ittifaqının üzvləri qarşısında çıxış edərkən bildirib.

“Sabah İran müharibəsinin nəticələrinə həsr olunmuş Cobra iclasını keçirəcəyəm. Görüşdə İngiltərə Bankının nümayəndələri də iştirak edəcək ki, əmin olasınız: bu böhran dövründə biz işləyən insanları dəstəkləyəcəyik”, - qeyd edib.

Onun sözlərinə görə, İran müharibəsinin iqtisadi təsirləri “bir müddət hiss oluna bilər”. Starmer buna misal olaraq ölkə üzrə bütün yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiymətlərinin rekord sürətlə artmasını göstərib.

“Ölkəni heç vaxt bizim maraqlarımıza uyğun olmayan bir müharibəyə cəlb etməyəcəyəm. Heç vaxt”, – deyə Britaniya hökumətinin başçısı vurğulayıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
bizimyol.info

1Источники