RU

İlham Əliyev dünyanın digər mükafatlarına da layiq görüləcək Deputat

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"İspaniyanın Gernika-Lumo şəhərinin Şurası, Gernika Sülh Muzeyi və Sülh Araşdırmaları Mərkəzinin qərarı ilə 2026-ci ilin "Sülh və Barışıq üçün Gernika mükafatı” ölkəmizin Prezidenti İlham Əliyevə layiq görülüb. Belə mötəbər sülh mükafatının Azərbaycanın liderinə təltif olunması bir daha sübut edir ki, onun irəli apardığı sülh gündəliyi regionda yeni müsbət reallıq yaradır, dünyanın aparıcı siyasi və intellektual mərkəzləri tərəfindən dəstəklənir, digər münaqişə zonaları üçün dəyərli örnək kimi çıxış edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə səsləndirdi.

"Sülh mükafatı İlham Əliyevin liderlik bacarıqlarının, uzaqgörən siyasətini, etibarlı partnyor olduğunu bir daha sübut edir. Təsadüfi deyil ki, məhz bu keyfiyyət və nailiyyətlərə görə bir neçə ay öncə ona digər önəmli mükafatı olan “Zayed İnsan Qardaşlığı mükafatı” layiq görülüb. Eyni zamanda Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın yeni yaratdığı Sülh Şurasına da dəvət alıb", - deyən millət vəkili əlavə etdi ki, Azərbaycanın milli maraqlarının müdafiəsində qətiyyətli addımlar atan və qlobal siyasətdə sülh gündəliyini dəstəkləyən İlham Əliyev dünyanın digər mükafatlarına da layiq görüləcək.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
redaktor.az

2Источники