RU

Gecə gələn o kişi kim idi Yataqxananı əxlaqsızlıq yuvasına çevirib?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sumqayıt şəhərində qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağstafa rayon sakini, 1978-ci il təvəllüdlü Fəhmin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qonşusu İlqar (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, yaşadığı yataqxananın dəhlizində əl zərbələri ilə İlqarı vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən Fəhmin ifadəsində göstərib ki, İlqarın evinə mütəmadi olaraq qızlar gəlib, bəzən kişilər də olub:“Yataqxanada yaşadığımız üçün İlqara iradımı bildirmişəm. Lakin həmin günün gecəsi təxminən saat 2-3-də onun evinə bir kişi gəldi və səs-küy oldu. Mən də səhəri gün ona gecə gələn şəxsin kim olduğunu soruşdum və beləcə mübahisə yarandı. Daha sonra Fəhmin qapıma gəldi, məndən üzr istədi və bir daha belə hallara yol verməyəcəyini bildirdi”.Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş barışıb. Zərərçəkmişin ona qarşı hər hansı şikayəti yoxdur. Bu səbəbdən də zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
61
45
demokrat.az

10Источники