RU

Naxçıvanda Amnistiya aktının icrası yekunlaşıb

Naxçıvan, 27 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan sayca 13-cü amnistiya aktı muxtar respublikada ümumilikdə 305 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 62-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 165 şəxsə də amnistiya tətbiq edilib.

Müxbir - Nail Əsgərov
Избранный
80
2
azertag.az

3Источники