RU

Real zədəli Mbappenin son vəziyyətini açıqladı

ain.az bildirir, Fanat portalına istinadən.

"Real Madrid" La Liqanın 31-ci turunda "Betis"ə qarşı oyunda zədələndiyi üçün 81-ci dəqiqədə əvəzlənən hücumçusu Kilian Mbappenin vəziyyətini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "kral klubu"nun yaydığı məlumat belədir:

"Bu gün tibbi müayinədən sonra Kilian Mbappenin sol ayağının yarımvətər əzələsindən xəsarət aldığı üzə-çıxıb. Vəziyyəti nəzarətdə saxlanılacaq".

Bu, 27 yaşlı hücumçunun bu mövsüm dördüncü zədə problemidir. O, əvvəllər diz problemləri səbəbindən iki dəfə kənarda qalıb. Əvvəlcə təxminən üç həftə, sonra isə daha on gün. Mbappe həmçinin əzələ zədəsi səbəbindən də bir neçə oyunu buraxmışdı.

Buna baxmayaraq, fransız ulduz inanılmaz məhsuldarlığı ilə yadda qalıb: 41 oyun, 41 qol, 6 məhsuldar ötürmə. O, La Liqada 24 qolla bombardir yarışında aşkar liderdir.

Vəziyyət xüsusilə Fransa millisi üçün narahatlıq doğurur. 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da fransızlar Seneqal, İraq və Norveçlə bir qrupda yer alırlar.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
fanat.az

2Источники