RU

Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin31 mart tarixinə ümumi 173,623 milyard manat həcmində vəsaitidövlət büdcəsinə transfert edib.

Trend bubarədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, hesabat dövrü ərzində ARDNF-nin 2026-cı ilbüdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsaitdövlət büdcəsinə transfert edilib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 410,3 milyon manat və ya 11,3% azdır.

Əlavə edək ki, Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cıilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5milyon manat) təşkil edib. Məlumata görə, Fondun aktivləri 2026-cıil mart ayının 31-nə isə 73 milyard 515,9 milyon ABŞ dolları (124milyard 976,9 milyon manat) təşkil edib.

Bundan başqa, 2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-ninümumi gəlirləri 3 milyard 180 milyon manat təşkil edib. Sözügedəndövrdə Fondun neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat olub.Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplamgəlirlər 1 milyard 376,8 milyon manat təşkil edib, o cümlədən qızılqiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindənyaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olub.Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsifonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmindəazalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyard223,5 milyon manat təşkil edib.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fondneft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarəedilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusiqurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

Məqalədə:
Избранный
4
8
az.trend.az

10Источники