RU

EBRD ilə Azərbaycandakı makroiqtisadi mühit müzakirə edilib

ain.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ölkədəki makroiqtisadi mühit müzakirə edilib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumda EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionunda maliyyə institutu üzrə direktoru Corc Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş çərçivəsində ölkədəki makroiqtisadi mühit, maliyyə sabitliyi ilə bağlı aktual məsələlər, EBRD-nin Azərbaycandakı fəaliyyəti və icra olunmuş layihələrin cari vəziyyəti müzakirə edilib, eləcə də maliyyə nəzarəti və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətləri nəzərdən keçirilib, həmçinin maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və EBRD-nin AMB-yə texniki yardım imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
2
525.az

3Источники