RU

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Aznews.az xəbər verir ki, iclasda təşkilati məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

Məzahir Pənahov yenidən MSK sədri seçilib. Məzahir Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib.

İclasda Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov MSK-nın katibi seçiliblər.

Избранный
43
34
aznews.az

10Источники