Bakı. Trend:
Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəziyerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrıyerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətlisel keçəcəyi ehtimal olunur.